VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Muhteşem Yüzyıl" serialının ulduzu Məryəm Üzərli Los-Ancelesdə keçirilən 76-cı "Qızıl qlobus 2019"un mükafatlandırma mərasimində iştirak edib.

BAKU.WS-in xarici mətbuata istinadən xəbər verir ki, Üzərli qırmızı xalçadan türkiyəli dizayner Nedret Taciroğlu tərəfindən hazırlanan dərin dekolteli libasda keçib.

Aktrisanın geyimi bir qədər açıq olsa da, izləyiciləri tərəfindən bəyənilib.

Xatırladaq ki, M. Üzərlinin "Qızıl qlobus 2019"un partisinə geyindiyi 30 dollarlıq libası sosial şəbəkələrdə kəskin qınanılmışdı. Sosial şəbəkə istifadəçiləri onun obrazını sözügedən mərasimə uyğun olmadığını qeyd etmişdilər.

Qeyd edək ki, "Qızıl qlobus" Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır.

BAKU.WS