VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış rusiyalı aparıcı Tatyana Arno Yeni il tətilini Azərbaycanda keçirir.


BAKU.WS-in məlumatına görə, o, istirahət üçün Qəbələni seçib.

T. Arno Azərbaycanda çəkdiyi fotoları "Instagram" hesabında paylaşıb. O, həmçinin, orqanizminin təmizlənməsi üçün detoks proqrama başladığını qeyd edib.

Xatırladaq ki, ötən il digər rusiyalı aparıcı Sofiko Şevarnadze Yeni il tətilini Qəbələdə keçirmişdi. Bu il isə tanınmış rusiyalı jurnalist Dmitri Kiselyov Yeni il tətilini keçirmək üçün Şahdağa üz tutmuşdu.

Hüseyn Məmmədsalahov
BAKU.WS