VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə seriallar 3 həftə ərzində yayımlanmayacaq.


BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, TRT kanalı istisna olmaqla telekanallar ortaq qərar qəbul ediblər.

Bu haqda "Jet Sosyete" serialının ssenari müəllifi Gürse Birsel sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, buna səbəb həm reklam şirkətlərinin bu müddət ərzində seriallara pul ayırmaması, həm də ekran işini ərsəyə gətirən şirkətlərin sponsorlarla olan müqavilələrini yeniləməsidir.

Artıq ötən gecə "Sen Anlat Karadeniz" serialının yeni bölümü yayımlanmayıb. Ekran işi 23 yanvar tarixində tamaşaçılarının görüşünə gələcək.

Hüseyn Məmmədsalahov
BAKU.WS