VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rəqqasə, aktrisa Oksana Rəsulova təbirlərin birində görüntülənib.

BAKU.WS-ə açıqlama verən tanınmış yaradıcılıq yeniliklərindən söz açıb.


O. Rəsulova sosial şəbəkə üzərindən yayımlanacaq "Doysana Oksana ilə" layihəsi haqda bunları deyib:

"Yeni maraqlı bir layihədir. Restoranlar və dadlı yeməklə bağlıdır. Mənə elə gəlir ki, layihənin adı da artıq maraq yaradır. Aparıcılıq edəcəyəm. Layihənin formatına əsasən, hər şeyi tamaşaçılara peşəkar kamera ilə deyil, məhz telefonumla göstərəcəyəm. Bloqersayağı bir layihədir".

BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov və Oksana Rəsulova

Oksana filmə çəkilmək üçün aldığı təkliflərdən də danışıb:

"Hələ rol aldığım "Qış nağılı" filminin təqdim olunmasını gözləyirəm. Bildiyiniz kimi, həmin filmdə baş rollardan birini ifa etmişəm. İki yeni təklif almışam. İlk növbədə ssenariyə fikir verirəm, daha sonra isə qonorarı danışıram. Qonorar xoşuma gəlməsə, onlara uğurlar arzu edirəm və filmdən imtina edirəm".

Hüseyn Məmmədsalahov
Foto: İlqam Cəbiyev
BAKU.WS