SİZİN REKLAM BURADA!
055 213 76 73



Şairə Nazilə Səfərli aktrisa-aparıcı Xəyalə Quliyeva tərəfindən “Maşın”dan kənarlaşdırılmasına münasibət bildirib.

BAKU.WS
xəbər verir ki, o, İnstaqram səhifəsində verdiyi açıqlamasında Xəyaləni tərifləyib, realiti şounun digər iştirakçılarından birinə qarşı təhqiramiz ifadə işlədib:


“Bu möhtəşəm şouya qatılmağıma heç peşman deyiləm. Ağzıgöyçəklər özünü yormasın, yarışma gözəl olub. Xəyalənin əli ilə çıxmışamsa, bu daha gözəl! Nə olub ki Xəyaləyə? Ailəsi çox hörmətli, əri, uşaqları, isməti… Mənəvi və əxlaqı kəsiri olmayan xanımdır.


Məgər, görmədiniz ki, çıxanda Xəyalənin alnından öpdüm? Allah uzaq etsin, məni “Maşın”dan bəzi natarazlar çıxarsaydı, nə olardı? Bircə narahatam ki, Xəyalə elə o hormonsuzun əli ilə çıxar. Xəyaləmin alnından öpdüyümə görə peşman olaram. Gələn gündən deyirəm ki, hamı maşına görə oynayır, mən adıma…


Onun maşını yoxdur, mənim var. Qoy onun da olsun, nə olar ki? Xəyalə də xına gecələrinə gedir. Onu yalançı və digər sözlərlə qələmə verməyə heç kimin haqqı yoxdur! Bu sözünüzlə onun çörəyinə bais olursunuz. Axı övladına xına edən ata-analarımız qadın satqınlarını ailə içinə qoymaz. Onun da balaları var! Ucuz düşünməyin, ay bəziləri… Oyununuz uğurlu olsun”.


N, Səfərlinin hormonsuz dediyi şəxsin kimliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilərin çoxu ehtimal edir ki, bu şəxs Xose Bernardodur.


BAKU.WS