SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur azərbaycanlı prodüserlər Nigar Hacızadə və Emin Əfəndi birgə «Yersiz Istehsal» adlı musiqi layihəsi təqdim etdilər.

Layihədə "The Voice of Azerbaijan"-ın qalibi, tanınmış müğənni Emiliya Yaqubova dünya hitlərini milli koloritlərimiz ilə ifa edəcək.

«Yersiz Istehsal»-ın rəsmi Youtube kanalında ilk video çarx təqdim olunub — əfsanəvi amerikalı müğənni Maykl Ceksonun "Black or White" mahnısına kaver.

Layihənin musiqi rəhbəri Anar Keytarman.

Bu layihə üzərində öz işinin peşəkarları, kreativ komanda işləyir və dünyaca məşhur mahnılarını yeni milli səslənmədə azərbaycan tamaşaçısına təqdim edəcək.

«Yersiz Istehsal» layihəsinin məqsədi milli musiqi alətlərimizi təbliğ etmək və onları ölkəmizin hüdudlarından kənarında populyarlaşdırmaqdır.

BAKU.WS