SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur aktyoru Çağatay Ulusoyla aktrisa Ayça Ayşin Turanın "Hakan: Muhafız" serialındakı sevişmə səhnəsi gündəmə damğa vurub.

BAKU.WS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, serial ötən həftə “Netflix”də tamaşaçı qarşısına çıxıb.

Bir müddət əvvəl çəkildiyi cəsarətli səhnə haqda danışan Ç. Ulusoy "Çox rahat idi. Ayça da işində peşəkardır. İşimizi gördük" sözlərini deyib.

Müzakirə olunan mövzu ilə bağlı baş qəhrəman Ayça da açıqlama verib:

"Ssenarini oxuyan vaxtı çəkiləcək səhnələr barədə məlumat alırıq. Çəkilişlərlə bağlı yox, dəqiq özünə qoyduğun qadağalar ola bilər. Bu barədə istehsalçı şirkətə məlumat verirsən, şərtini bildirirsən. Amma məndə belə bir şey olmayıb”.

BAKU.WS