VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin "TV 8" telekanalının rəhbəri, tanınmış aparıcı, prodüser Acun Ilıcalı Azərbaycana olan böyük sevgisindən danışıb.

BAKU.WS-in məlumatına görə, Acun İstanbulda keçirilən "Altın Kelebek Ödülleri" gecəsində aparıcı Murad Ariflə türk ulduzlarının "Qırmızı xalı" reportajında maraqlı açıqlamaları ilə diqqət çəkib.

"O ses Türkiye" layihəsinin Azərbaycanda da çox sevildiyindən xəbərdar olan A. Ilıcalı bunları deyib:

"Azərbayana ayrı simpatiyam var. "O ses Türkiye"yə sizdən o qədər çox yarışmaçı gəlir ki, bəzən özümü azərbaycanlı hesab edirəm. Azəri qardaşlarımı çox sevirəm".


M. Arifin "Niyə Azərbaycanda layihə hazırlamırsınız?" sualını isə A. Ilıcalı belə cavablandırıb:

"Hazırlamaq istəyərəm. Buradan azəri qardaşlarıma səslənirəm. Əgər oradan kimsə bizimlə əlaqə yaradarsa, gözəl şeylər edə bilərik. Bizi orada da izləyirlər deyə, layihələri burada hazırlamaqla kifayətlənirik. Sağ olsunlar, bizi evlərinə qəbul edirlər".

Xatırladaq ki, sözügedən "Altın Kelebek Ödülleri"ndə Acun Ilıcalı "Ən yaxş kişi aparıcı" nominasiyasının qalibi olmuşdu.  

Hüseyn Məmmədsalahov
BAKU.WS