VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Nadir Qafarzadənin evində oğurluq hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, ifaçı bu haqda Xəzər TV-də yayımlanan "5-də 5" verilişində məlumat verib.

O bildirib ki, təxminən 1 il yarım bundan əvvəl evindən külli miqdarda pulunu oğurlayıblar:

“Evimdən xeyli sayda pulumu oğurladılar. Evə kamera qoymamışam. Əvvəl bir xanımdan şübhələnmişdim. Sonra dəqiq bildim ki, o deyil. Onun yaşam tərzi o deyildi... Zəng vurub üzr istədim. Gözümlə görməmişəm, o dünyaya günah aparmaq istəmirəm. Pulu hamı kimi evimdə göz qabağına qoyurdum. 100 min manata yaxın pulumu oğurladılar. Gecə yata bilmirdim, yuxu dərmanı qəbul edirdim. Əziyyətlə qazanılmış pullar idi. Hadisə təxminən 1 il yarım bundan əvvəl baş vermişdi. Yoldaşım dedi ki, fikir vermə. Evə polis də gətirmədim, utandım”.

BAKU.WS