SİZİN REKLAM BURADA!
055 213 76 73



Xərçəng xəstəliyinə qalib gələn tanınmış teleaparıcı, hüquqşünas Zülfiyyə Bayramova "ATV maqazin onlarla" verilişinə açıqlama verib.


BAKU.WS-in məlumatına görə, Z. Bayramova bildirib ki, anası və bacısı da məhz xərçəngdən dünyasını dəyişib:

"İçimdə onların qisas hissi var idi. O xəstəlik anamı və bacımı apardı. Bacımı çox cavan itirdim. O həmin xəstəliklə mübarizə apara bilmədi. Ölümün gözünün içinə baxdı. Bəlkə də o qisas var idi içimdə. Eşidən kimi dedim ki, mən ondan qisas alacam. Əsas odur ki, bitdi, hər şey geridə qaldı. Hər gün yüzlərlə, minlərlə dua gəldi. Bədxassəli şişə "yox" dedik. O müharibədə mənim orqanlarım iştirak etdi. Hamısı yaralanıb. Bütün orqanlarımda kimyaterapiyanın zədələri var".

BAKU.WS