VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti, “Planet Parni iz Baku” komandasının bədii rəhbəri Tahir İmanov aparıcı Murad Arifin “Popumuz var” verilişinin qonağı olub.


BAKU.WS xəbər verir ki, T. İmanov verilişdə “Bu şəhərdə” komandası haqda da fikirlər səsləndirib:

“Öncə onu deyim ki, Rafael İsgəndərov müasir dövrün ən istedadlı komiklərindəndir. “Bu şəhərdə” konsertləri müəyyən çərçivədədirlər. Onların konsertlərində ciddi satira və tənqid yoxdur. Çox gülməli və məzəli səhnəciklər nümayiş etdirirlər. Satiraları iti deyil. Bu onların seçimidir və hörmətlə yanaşıram”.

BAKU.WS