ARB TV-nin “Səhər-Səhər” verlişininin növbəti qonağı xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva olub.

Zeynəb Dostəliyeva Elza Seyidcahanın ünvanına sərt mesajlar göndərib:

“Onu demək istəyirəm ki, Elza, çaşma. Sən biz bacılara çaşma. Kimə nə atırsansa, bax gör, kimə atırsan. Sən onu bil ki, Nazpəri xanım öz etikasını, mədəniyyətini orada qoruyub durdu. Düzdür, sən adamlar göndərirsən, çatdırırsan ki, qorxursan, onunla danışmaq istəyirsən, amma razılıq olmadı. Səninlə o söhbət bağlandı. Sən İlhamə xanımın yolunu gedə bilməzsən. İlhamə xanım kimə nə deyirdisə, bilib deyirdi. Sən gör kimə ilişirsən. Olmaz Elza! Sən bax gör, kimin şəklini cırırsan, kimə sataşırsan”.

Qeyd edək ki, proqramların birində xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanmışdı. Əməkdar artist yarışmada tələbələrinin adını çəkməyən Nazpəri Dostəliyevaya sərt reaksiya vermişdi.

BAKU.WS