VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva konsertə hazırlaşır.

BAKU.WS-in məlumatına görə, konsert dekabrın 15-i Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Saat 19:00-da başlayacaq gecədə Fidan Hacıyeva tələbələri ilə səhnəyə çıxacaq.

Xalq artisti baş tutacaq konserti ilə bağlı BAKU.WS-ə açıqlama verib:

"Hesab etibarı ilə beşinci konsertimiz olacaq. Musiqi məktəbimdə təhsil alan hər bir tələbəmlə ayrı-ayrılıqla duet ifa edəcəyəm. Sözsüz ki, solo çıxışlarım da olacaq. Konsertə gələnlərin həm Azərbaycan, həm də qərb klassik musiqisini dinləmək şansı olacaq".

Hüseyn Məmmədsalahov
BAKU.WS