VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Modellər Şakir Əhmədzadə və Aygül Səfərovanın "Best Model of Azerbaijan - 2018" müsabiqəsinin qalibləri seçilməsi ilə bağlı xəbər vermişdik.

Nəticələr açıqlanar-açıqlanmaz sosial şəbəkələrdə xanım namizədə qarşı o qədər də xoş olmayan rəylər yazılmağa başlandı. Çoxları onun bu titula layiq olmadığını bildirdi.

Bundan əlavə, müsabiqədə ikinci yerə layiq görülən model Nuru Əhmədov BAKU.WSaçıqlamasında yarışmanın dünya standartlarına uyğun olmayan şəkildə keçirilməsini açıqladı.

BAKU.WS-in məlumatına görə, bütün söz-söhbətlərdən sonra yarışmanın milli direktoru Aqil Məmiyev "Qafqazinfo"ya açıqlama verib.

O, qeyd edib ki, müsabiqədən sonra Aygül Səfərova "Best Model of The World"da getməkdən imtina edib. A. Səfərova bunu ailəsində yaşanan narazılıqla izah edib. A. Məmiyev bildirib ki, yarışmanın qaydalarına əsasən, Azərbaycanı dünyada xanımlar arasında ikinci yerə layiq görülən Cəmalə Qoluboviç təmsil edəcək.


Milli direktor Nuru Əhmədovun ittihamlarına isə belə cavab verib:

"N. Əhmədov haqqımda mənfi açıqlamar verir, amma mən hələ də, onu birinci kimi görürəm. Seçim zamanı münsiflər heyəti arasında gərgin anlar yaşadıq, mübahisə etdik. Nuru Əhmədov Azərbaycan ikincisi adını qazandı. Öz bəyəndiyim iştirakçıları təkidlə dediyim zaman münsiflərdən bir neçəsi düşündü ki, həmin şəxslərdən pul almışam, buna görə, onların qalib olmasını istəyirəm. Amma belə deyil. Daha sonra münsiflər dedi ki, başa düşürük, sənin rəyin belədir, amma biz münsifik, qalib öz seçdiyimizi görürük. Mən də onların qərarına sayğı və hörmətlə yanaşıram, seçim onlara aiddir".

Hüseyn Məmmədsalahov
BAKU.WS

Aygül Səfərova

Cəmalə Qoluboviç