VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Best Model of Azerbaijan - 2018" müsabiqəsinin final gecəsi keçirilib. Münsiflər heyətinin qərarı ilə Şakir Əhmədzadə və Aygül Səfərova yarışmanın qalibi seçiliblər.

BAKU.WS-in məlumatına görə, qaliblərin elan olunmasından sonra isə 2-ci yerə layiq görülən model Nuru Əhmədovla təşkilatçı Aqil Məmiyev arasında qalmaqal yaşanıb.

Model Nuru Əhmədov final gecəsində yaşananları BAKU.WS-ə danışıb:

"İlk növbədə onu qeyd edim ki, müsabiqə qeyd edildiyi kimi 19:00-da yox, 1 saat 46 dəqiqə sonra başladı. Qonaqların və tamaşaçıların yerləşdirilməsində qarmaqarışıqlıq yaranmışdı. Heç kəs öz yerində otura bilmirdi. Onu da qeyd edim ki, modellər səhnədə çıxış etdikləri an əsas münsiflər yerlərində deyildilər. 

Final gecəsi nəticələrin elan olunması və final mərhələsinin başa çatması normalda qeyd olunan vaxtdan həddindən artıq gec baş verdi. Demək olar ki, qonaqların hamısı zalı tərk etmişdi. Qaliblərin adları 01:12-də açıqlandı. Daha bir maqam isə nominasiya üzrə qaliblərin adlarının finalçıların adlarından daha əvvəl elan olunması idi. Bu hal da qaydalara ziddir. Nominasiyaları münsiflər heyəti öz istəklərinə uyğun paylayırdılar".



Hər üç çıxışı zamanı auditoriyanın və münsiflərin gur alqışları ilə qarşılanan model yarışmanın qaranlıq qalan məqamlarını da açıqlayıb:

"Qəribəsi isə budur ki, əldə olunmuş bütün nəticələrin cəminə əsasən, bütün nominanatların və əsas qaliblərin adlarının sıralanma qaydasına uyğun keçirilməli idi. Lakin təşkilatçıların bildirdiyinə görə, nəticələrin hesablanma anında hər bir münsifin favorit iştirakçısının adını söyləməklə və ya kiminsə təkidi, təsiri ilə hər şeyin tam əksi oldu. Münsiflərin arasında mübahisə düşmüşdü. Biri o birinin favoritinin qalib gəlməsini qəbul etmirdi. Normalda isə bütün bunlar müvafiq protokollar əsasında həyata keçirilməlidir, möhürlər, imzalar olmalıdır və əldə olunmuş səslərin toplamı nəticəsində qaliblər seçilməli idi.

Müsabiqənin münsiflər heyətinin üzvlərinin bir çoxu model sənətindən uzaq şəxslərdir. Bu isə məqsədəuyğun hesab olunmur. Hər bir sənətə onun incəliklərini dərindən bilən və illərini bu sənətə həsr etmiş şəxslər qiymətləndirməlidir. Hər il eyni münsiflərdən istifadə olunur. Bu, qeyri-peşəkarlıqdır. Düşünürəm ki, ölkəmizdə yetərincə bacarıqlı modelyerlərimiz, dizaynerlərimiz var. Bu cür layihələrdə mütəxəssislər əyləşməlidirlər. Bu layihədə yetərincə öz sahəsində məşhurlaşan, amma bu sənətə heç bir aidiyyatı olmayan münsiflər iştirak edirdi. Layihəyə sponsorluq edən şirkət nümayəndələrinin, 3 musiqili qonağın münsiflər heyətində yer alması düzgün deyil. Bu, dünya praktikasında yoxdur.  
Şakir Əhmədzadə və Nuru Əhmədov

Çox təəssüf ki, bu cür mötəbər müsabiqənin Azərbaycan üzrə seçimləri qeyri-peşəkar və insanlarda mənfi aura yaradacaq bir formada keçirildi. Müsabiqədə heç beynəlxalq nümayəndə də iştirak etmədi. Ona görə də münsiflər və layihənin milli direktoru istədiyi şəxsləri qalib etdilər. Çox gülünc səslənən və formata uyğun olmayan lentlər var idi. Məsələn, oğlan modellərdən birinə "Mister Glamour" adlı lent təqdim etmişdilər. "Glamour" anlayışı xanımları aiddir. Oğlanlar da isə xarimza olur. Qızlar şarmlı, oğlanlar "style" olurlar.

"Best Model of Azerbaijan" müsabiqəsi "Best Model of The World"dün bir çox şərtlərini pozub.  Seçilən qaliblər plastika, xarici görünüş və bədən quruluşuna görə Azərbaycanı təmsil edə biləcək modellər deyildilər. Bunu münsiflərin özü, qonaqlar - hər kəs təsdiq edə bilər. Qaliblərin təyin olunması zamanı edilən saxtakarlıq Azərbaycanın xaricdə təmsilinə mənfi təsir göstərəcək". 

Qeyd edək ki, model Nuru Əhmədov bir çox tanınmış brendlərin simasıdır, müxtəlif reklam və kliplərdə rol alıb. O, 2018-ci ildə "Mister Grand Azerbaijan" tituluna da layiq görülüb.

Hüseyn Məmmədsalahov
BAKU.WS

Nuru Əhmədov