VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Məşhur vayner Səbuhi Xanlarovun BAKU.WS-ə söhbətini təqdim edirik:
 

Hər birinizi salamlayıram. Səmimi deyirəm, dəqiq və qərəzsiz BAKU.WS-i izləyirəm. Mən kiməm? Bloqer kimi vayneri şəxsən mən 11 il bundan qabaq Azərbaycana gətirmişəm. Aktyorluq məndə anadangəlmədir, elə bir insan yoxdur ki, mən onu parodiya etməyim.


Harada Səbuhi Xanlarovun zarafatları var, demək orada məzələnmək, ələ salmaq var. Mənim zarafatlarıma tuş gələnləri insan hesab etmirəm.

Cəmiyyət bunu necə istəyir qəbul etsin. Ünvanıma yazılan təhqirlərin 2 mislini özlərinə qaytarıram.


Qorxusu yoxdur. Vaynerlərimə görə döyülməmişəm. Çünki biz normal və qanuni cəmiyyətdə yaşayırıq. Həm də, mən bilirəm kiminlə zarafat etmək lazımdır. Oturub-durduqlarım belə cəmiyyətdən təcrid olunmuş insanlar deyil. Mən damara baxıb qan alıram. 

 

Hazırda gündəm Afaq Aslanla Roza Zərgərlinin əndamlarıdır. Roza Zərgərlinin musiqilərini dinləyib bu boyda olmuşam. Ona yaraşır. Amma yazıq Afaq Aslan illərdir ora-burasını “şkurkalayır”, hələ bir şey çıxmır. Buradan üzümü ona tutub deyirəm ki, səni Türkiyədə sevənlər çoxdur.


Bir məsələni də nəzərinizə çatdırım ki, biz orada tez-tez görüşürük. Etilər tərəfdə olur. Afaq, darıxıbllar səninçün, ora gəl. Məncə Afaqın özü də qəbul edər, o da cəmiyyətdən təcrid olunmuş biridir. Hər yerini açıq qoyur ortalığa, uşaqdan-böyüyə hamı baxır. Belə olmaz axı!


Bəli, Azəri Vandamı ələ saldım, çünki o, bizim cəmiyyətimizin üz qarasıdır. Azəri Vandama ad qoymuşam, amma istəmirəm burada deyim.

Prodüseri kimi biri var, onu bambılı kimi gəzdirir yanında, pul yığır.


Özünə də heç nə vermir. Səviyyəsi qıcqırmış Vandama 8 min manat xeyir vermişəm. Yaxın dostlardan birinin məclisinə çağırdım, 8 min pul yığdı. Özündən soruşdüm, dedi ki, mənə o puldan heç nə çatmayıb.


Cinçıxarmanı tənqid edəndə başladılar məni tənqid etməyə. Axırda gördüz, bir kişidən cin çıxarmaq üçün döyə-döyə öldürdülər. Ay məni söyənlər, mənim videolarımda tənqid var, cəmiyyətə bir mesaj var.


Yetim Eyvazın oğlu da əmanətini kəsdirdi, nə deyim vallah. Öz işidir. Sən artıq bizim bacımızsan.


Dostum Abbasın oğlu Hüseyn Əzizoğlunun özünə nəsə bağışlamaq lazımdır, onun nəyi var ki, kiməsə də nəsə versin? Tində dayanan uşaq idi, indi bir-iki video çəkilib tanınıb. İnsanın gərək bir siması olsun, yoxsa Hüseyn Əzizoğlu kimi, sanki civədir.


Maraqlıdır, girdiyi yerdən də çıxmır aa

Civə kimi …. Çıxıb ora-burasını göstərib məşhurlaşmaq istəyənlər pullu əmilər-dayılar üçün qiymətlərini qaldırırlar.


Səbuhi söhbətinin sonunda bildirdi ki, cəmiyyyətimizdə ələ salınmalı insan çoxdur...


Zülfiyyə Qurbanova
BAKU.WS