VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün Xəzər TV-də yayımlanan 5/5 verilişində qonaq olan meyxanaçı Kərim efiri yarımçıq tərk edib.


BAKU.WS xəbər verir ki, buna tanınmış meyxanaçının həmkarı Ağamirzədən küsməsə səbəb olub.


O, həmkarları ilə birgə meyxana demək istəyib. Lakin yaxın dostu Ağamirzənin ona meyxana deməyə icazə verməyib.


Ağamirzə səhhətində problem olan dostunun narahat olmaması üçün bu addımı atıb. Bir müddət sonra isə meyxanaçı Kərim efiri tərk edib.


Verilişin aparıcısı Zaur isə efirdən kənar baş verənləri tamaşaçılardan gizlətməyib:


“Ağa Kərim verilişi biraz tez tərk etdi. Biz onu bir balaca incitdik, qəlbinə dəydik. Meyxana demək istəyirdi, Ağamirzə onu qoymadı.

Dedi hələ vaxtı var. İstədi dura ayağa, oğlu dedi “ata otur”. Canlı efirdi, birdən nəsə olar. Gərək incitməyəydik, bir ağız deyəydi”, - deyə Zaur bildirib.

Həmin görüntüləri sizə təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS