VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin "Kim yatmış, kim oyaq?" proqramının növbəti qonağı rejissor Nail Naiboğlu olub.

Rejissor, dəstək olub, üzə çıxardığı insanlardan yaxşılığının qarşılığını görmədiyini deyib:

“Mən hər zaman çalışıram ki, səmimi olum. Çünki insanları aldatmaq mümkün deyil. Bir müğənni var idi. O sənətə təzə gəlmişdi. Biz onunla ilk dəfə görüşəndə əllərimdən o qədər öpdü və “Doğrudanmı Nail Naiboğlu ilə görüşürəm?!” dedi. Dəstək durdum ona. Bu yaxınlarda konsertlə bağlı zəng vurdum ona. Dedi ki, bilirsən, mənim vaxtım yoxdur. Halbuki ondan əvvəl onunla səhnəyə çıxmaq istəməyən digər bir ulduz var idi. Zəng vurub xahiş etdim ki, işin olmasın, klip çəkmişəm, qoy gəlsin, reytingi var.

Həmin insan eybi yox, gəlsin, sənə görə keçərəm dedi. O, nə Flora Kərimovadan, nə Faiq Ağayevdən nə Nisə Qasımovadan, nə Ədalətdən və s. artıq ifaçı deyil. Yalandan youtubedə 4-5-10 milyon izləmə yığa bilər. Dostluğumuz xatirinə mən Renkanı dəvət etdim və o mənə “İşim çoxdur, gəlmirəm” dedi. Onsuz da orada Fatimə və Oksana var idi və hansı ki, onlar əsl rəqassədilər. Və yaxud Damlanın, “vaxtım yoxdur, gələ bilmirəm” deməyi... Fikirləşirsən ki, görəsən bu o Damladır ki, zəng vurub deyirdi ki, “Nail, görəsən nə vaxtsa olacaq, sən mənə klip çəkəcəksən?!””.

BAKU.WS