SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqları tanınmış gitara ustası Rəhman Məmmədli və oğlu bəstəkar Tural Məmmədli olub.

Rəhman Məmmədli son zamanlar gitaraçı Rəmişlə aralarında yaşanan qalmaqaldan danışıb:

“Verilişdə sual veriləndə mən haqda, qayıdılıb kişidən danış deyilsə kimə xoş gələr? Bütün gitara çalanlardan söhbət gedir. Mənim adım gələndə deyir ki, mənə kişidən danış. Elin, xalqın gözü bilir ki, kim necə kişidir. Mənim bu boyda oğul yetişdirməyim kişiliyimin baris sübutudur. Sən məni nə yerinə sayırsansa mən də səni o yerə sayıram. Mənim oğlumdan danışmağıma dəyər, bəs Rəmiş kimdən danışacaq? İstəyirəm bəyan edəm ki, gəl bununla soyuq müharibəmizə son qoyaq.

Atmacalarına mən də cavab verəcəm. Bir-birimizə atmacalar atmayaq. Mən səndən ötrü 9 milyonun biri deyiləm. Mən bu məmləkətin 2-3 nəfərindən biriyəm. Sənin böyüklüyünü məndən çox səsləndirən yoxdur. Heç nə, demişəm ki, bu sənət mənə Allah vergisidir. Məktəbim, müəllimim olmayıb. İbtidai məktəbə də getməmişəm. Qonşudan taxta gitara tapmışam, onunla gitara çalan olmuşam. Rəmiş sən böyük bir fenomenlik yaratmısan amma o fenomenliyi qoruya bilmirsən ”.

BAKU.WS