SİZİN REKLAM BURADA!
055 213 76 73



Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək “Uşaq Avroviziya-2018”də 20 ölkənin təmsilçisi birincilik uğrunda mübarizə aparacaq.


BAKU.WS-in məlumatına görə, ölkəmizi bu mahnı müsabiqəsində “Sənin kimi olmaq” adlı mahnı ilə, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"nda yer alan Fidan Hüseynova təmsil edir.

“Sənin kimi olmaq” - (“I wanna be like you”) adlanan mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikov və ifaçı Fidan Hüseynovadır, musiqinin söz yazarları isə Azərbaycan dilinə dair Aytən İsmixanova, İngilis dilində isə Elvira Miçiyevadır.

“Uşaq Avroviziya” mahnı müsabiqəsinin yeni qaydalarına əsasən artıq hər ölkə öz təmsilçisinə səs vermək hüququna sahibdir.

Belə ki, siz noyabr ayının 23-də saat 19:00-dan etibarən www.junioreurovision.tvwww.jesc.tv saytlarından Azərbaycana səs verərək təmsilçimizə dəstək ola bilərsiniz.



Səsvermə zamanı toplanan səslər münsiflər heyətinin səs aktivinə əlavə olunacaqdır. Odur ki, Vətəndə və xaricdə yaşayan soydaşlarımızı Azərbaycanı təmsil edən iştirakçımız Fidan Hüseynovaya dəstək olmağa səsləyirik.

Xatırladaq ki, Fidan Hüseynova artıq müsabiqənin ilk məşqlərində də iştirak edib.

Qeyd edək ki, müsabiqənin finalı noyabrın 25-də Minskdə keçiriləcək. Müsabiqə İTV-nin efirində canlı yayımlanacaq.

Hüseyn Məmmədsalahov
BAKU.WS