SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Samir Piriyevlə teleaparıcı Kamran Həsənli arasında bir neçə ildir ki davam edən müharibəyə son qoyulub.

Uzun məhkəmə çəkişməsindən bezən tərəflər barışıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, barışıq addımını ilk olaraq Samir atıb. Keçmiş dostlar restoranların birində gizli görüş təyin ediblər. Görüşdə Samir aralarındakı davaya son qoyduğunu deyib. Kamranın ona ödəməli olacağı 85 minlik borcu qarşı tərəfə bağışlayıb və deyib ki, gələcəkdə imkanı olarsa, hissə-hissə qaytarar. Olmasa isə, canı sağ olsun.

Samir Piriyevlə əlaqə saxladıq. Sənətçi məlumatı təsdiqləyib:

“Doğrudur, münaqişəyə son qoyulub, amma bu barədə danışmaq istəmirəm”.

Xatırladaq ki, Samir Piriyev teleaparı Kamran Həsənlini dələduzluqda ittiham edirdi. İddiaya görə, Samir Piriyev və Kamran Həsənli birlikdə biznes qurmaq istəyib. Bu məqsədlə Samir Kamrana 85 min manat pul verib. Hətta bunu təsdiq edən şahidlərin olmasına baxmayaraq, həmin pul sahibinə qaytarılmayıb. Görünür, uzun sürən məhkəmə çəkişmələrindən bezən Samir Kamranla barışıqdan başqa çıxış yolu görməyib.

BAKU.WS