SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi rəqqasə Fatimə Fətəliyeva olub.

Rəqqasə ikinci dəfə əməliyyat masasına uzanmasından danışıb:

“Mənə göz dəyib. Gözümün üstündən də “İt dirsəyi” çıxıb. Özümü tərifləmiyəcəm amma ürəyim o qədər gözəldir ki... Ona görə də, günü-gündən cavanlaşıb, gözəlləşirəm. Bədənimdə bir az şiş var. Yenidən əməliyyata üz tutdum. Kompleksim olduğuna görə il yarım bundan qabaq özümü korreksiya etdirmişdim. Mənim boyum balacadır, Allah mənə boy verməyib. Ona görə də efirdə arıq görünmək üçün getdim korreksiya etdirdim.

Amma sap qaldı, getmədi. Ona görə əməliyyata 2-ci dəfə getdim. Gedəndə dedim ki, daha gedib narkoza girirəmsə, özümü bir az da korreksiya etdirim. Amma hələki şişəm. O da getsə, olacam arıq qız. Əməliyyat 3 saat çəkdi. Mən day heç vaxt etdirməyəcəm. Bu dəfə çox əziyyət çəkdim. İmunitet düşüb. Çox zəifəm. Özümə gələ bilmirəm”.

BAKU.WS