SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Populyar müğənni və bəstəkar Emin Ağalarov dekabrın 19-da "Nargis" fondunun təşkilatçılığı ilə keçirilən "Soyuq Əllər, İsti Ürək: Mələklər" "Yeni il" xeyriyyə yarmarkasına qatılacaq.

BAKU.WS "qafqazinfo"-ya istinadən məlumat verir ki, saat 20:30-da müğənninin avtoqraf-sessiyası, 21:00-da isə yarmarkanın səhnəsində çıxışı olacaq.

Xatırladaq ki, dekabrın 31-dək davam edəcək "Soyuq əllər, İsti ürək" xeyriyyə yarmarkasından əldə olunan vəsait ənənəyə uyğun olaraq müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək.
 
BAKU.WS