SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Nura Suri yaradıcılığında yeniliklər etməyə davam edir.


BAKU.WS xəbər verir ki, o, bu dəfə “Itunes” musiqi platformasında yeni albomunu təqdim edib.

“Dəlisiyəm” adlanan alboma 10 mahnı daxildir.

Albomda sənətçinin illər ərzində oxuduğu “Bir addım”, “Brilliantlar”, “Şans ver”, “Həvvan olum”, “Sevgi romanı”, “Gecə gecə”, “Küləklər” kimi mahnılar yer alıb.

Xatırladaq ki, müğənni Nura Suri bir müddət əvvəl sevənlərinə yeni klipini və fotosessiyasını təqdim etmişdi. 

BAKU.WS