Müğənni Rəqsanə İsmayılovanın yeni doğulan əkizlərinin vəziyyəti pisləşib. 


BAKU.WS-in məlumatına görə, müğənni bu barədə şəxsi Instagram-da yazıb. 


Rəqsanə qeyd edib ki, çətin sınaq qarşısındadı:


"Bu böyüklükdə dəhliz mənə dar gəlir. Böyük adamın dili var. Danışa bilir, dərdini deyir. Amma bu dilsiz, ağızsız körpələr deyə bilmir. Tanrım özü kömək olsun. Həyatımda o qədər çətinlik keçmişəm. Yıxılmışam, durmuşam. Məni həyat çox sınayıb. Yenə də ayaqda durmuşam.


Güc tapmışam, sınmamışam. Daha da möhkəmlənmişəm, güclənmişəm. Amma bu necə bir çətin sınaqdır. Taqətim yoxdur. Dözə bilmirəm, bacarmıram. Güclü qadından əsər əlamət yoxdur. Ana üçün çox çətindir. Ümidim Allahadır. Hər birinizə təşəkkür edirəm. Dualarınız üçün Allah razı olsun". 


BAKU.WS