VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Show News” verilişinin “Məşhurların avtomobilləri rubrikası”nın növbəti qonağı müğənni Niyam Salami olub.

Rublikanın şərtlərinə uyğun olaraq, sənətçinin avtomobilinə baxış keçirən müxbir arxa oturacaqdan sarışın qadın saçı tapıb.

İfaçı sarışın qadın saçının kimə aid olduğunu təlaşından qaralaşdıra bilməyib:

“Ola bilər kimsə maşında oturub. Qohum-əqrəbə, ailə, dost, tanış, sevgili, münasibət qurduğun adam var. Ola bilər də, münasibət qurduğun adamla oturmusan, maşına saçı tökülüb. Burda nə var ki? Ola bilər saçını darayarkən düşüb. Mən bilmirəm axı. Maşallah hamısı sarı saçdır. Sevgili deyəndə ki, münasibət qurduğum var. Arvad almaq xoş xəbər deyil. Bir yandan xoşdur bir yandan bəd xəbərdir. Arvad kişidən nə qədər çox qorxsa bir o qədər yaxşıdır”.

BAKU.WS