VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Noyabrın 8-də dünyasını dəyişən Xalq artisti Amaliya Pənahovanın bir neçə il əvvəl çəkildiyi "Gülüm" filminin kadrları yayımlanıb.


Ekran işinin rejissoru Sərxan Kərəmoğlu BAKU.WS-ə açıqlamasında bildirib ki, film 2015-ci ildə çəkilib, amma heç yerdə nümayiş etdirilməyib. Rejissor filmi yaxın zamanda tamaşaçılara təqdim etməyi planlaşdırır.

Mərhum aktrisa ekran işində həyat yoldaşı və oğul itkisi yaşamış qadın obrazını canlandırır.

Qeyd edək ki, Xalq artisti Amaliya Pənahovanın son rolu isə rejissor Aqil M.Quliyevin "Şaman" filmində olub.

Hüseyn Məmmədsalahov
BAKU.WS