Türkiyənin tanınmış müğənnisi Murad Boz "O ses çocuklar" yarışmasının vəfat edən iştirakçısı Nazar Kur Kaya haqqında rəsmi "Instagram" səhifəsində paylaşım edib.

BAKU.WS xəbər verir ki, müğənni Nazarın vəfatından çox kədərləndiyini bildirib.

Gənc ifaçının şəklini paylaşan Boz "Çox kədərliyəm, məkanın cənnət olsun, Nazar. Nur içində yat" sözlərini yazıb.

Xatırladaq ki, Nazar Nur Kaya həkimlərin səhv müalicəsi nəticəsində vəfat edib.

Qeyd edək ki, Murad Boz 21 dekabrda Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

BAKU.WS