VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İctimai Radio verilişlərini yeniləyib. 

BAKU.WS-in məlumatına görə, bu gün efirə radionun yeni “Adicə” səhər şousu çıxıb. Verilişi radionun məşhur aparıcısı Sevinc Salahova və ölkə radiosunun ən populyar adlarından biri Gülnar Muradova aparacaq. Veriliş insan münasibətləri haqqında ölkənin əsas radio verilişi olmağa iddialıdır.

Səhər verilişində dinləyiciləri həm də fərqli rubrikalar gözləyir. Məsələn “App-Asan” rubrikasında həyatı asanlaşdıran, maraqlı mobil tətbiqetmələr barədə məlumat veriləcək. Rubrikalardan biri də "Qənaət kraliçası" adlanır. Bu rubrikada dinləyici həyatın müxtəlif sahələrində qənaət etməyin yolları barədə xəbər tutacaq.


Daha bir yeni layihə isə radionun heç vaxt müraciət etmədiyi mövzudadır. Belə ki, "İdarəetmənin əsasları" adlı yeni verilişdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə bu işdə təcrübəsi olanlar tərəfindən məsləhətlər veriləcək. Aparıcı Xuraman Süleymanlı iş adamları və biznes sahiblərini öz işi barədə naharda danışdıracaq. Sahibkar dinləyicilərin də öz biznesləri barədə danışmaq imkanı olacaq.

"İdarəetmənin əsasları" verilişinin də maraqlı rubrikası var - "Milyonerlər məhəlləsi". Rubrikada milyonçu və milyarderlərin böyük pullara gedən həyat yolu barədə öyrənə biləcəksiniz.


Həmçinin bu aydan etibarən radionun əfsanəvi aparıcılarından Pərvanə Qasımovanın da efirə qayıdışı gözlənilir. Onun mahnıların tarixçəsi haqqında verilişi bu mövsümdən rubrika şəklində olacaq. Beləcə, dinləyicilərin müxtəlif musiqi və mahnıların maraqlı yaranış hekayələrini daha tez-tez eşitmə imkanı yaranacaq.

Daha bir rubrika isə "Nobel prospekti" adlanır. Bu rubrikada Adil Oruclu Nobel mükafatçıları olan şəxslər və onların kəşfinin elmə və insanlığa təsirindən danışacaq.

Radiostansiya yaxın gələcəkdə maraqlı verilişləri və yeni rubrikaları ilə dinləyiciləri sevindirməyə söz verib. Dəyişikliklərin ikinci dalğası da çox gözlətməyəcək. Belə ki, musiqi formatındakı dəyişiklik test rejimini bitirmək üzərədir. Tezliklə bəyəndiyiniz musiqilərin hamısını 90 FM-də dinləyə biləcəksiniz.

BAKU.WS