VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən gün məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. 

BAKU.WS Azərtac-a istinadən məlumat verir ki, konsertdə Stiven Siqal və onu müşayiət edən qrup blüz musiqi proqramını təqdim edib. Konsertin maraqlı məqamlarından biri Hollivud ulduzunun səhnəni "Natiq” ritm qrupu ilə paylaşması olub. Stiven Siqal milli musiqiçilərlə maraqlı kompozisiya təqdim edib. 
 
"Natiq” ritm qrupunun fanatıdır və onunla birgə çıxış etməsini şəxsən arzu edib. İkinci dəfədir Bakıya gəldiyini deyən Hollivud ulduzu şəhəri görmək imkanı əldə etdiyini də vurğulayıb və paytaxtımızın gözəlliyinin, ölkədəki tolerantlıq mühitinin onda xoş təəssürat oyatdığını bildirib. Hollivud ulduzu dekabrın 17-də də Heydər Əliyev Mərkəzində çıxış edəcək.

Qeyd edək ki, kinoaktyor, rejissor, eyni zamanda, aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. Hətta o, musiqi ifaçılığı ilə aktyorluqdan daha əvvəl məşğul olmağa başlayıb. Stiven Siqal 12 yaşından gitarada ifa etməyə başlayıb və əsasən blüz janrına üstünlük verib.
 
BAKU.WS