SİZİN REKLAM BURADA!
055 213 76 73



2014-cü ildə Türkiyədə yayımlanan "O ses çocuklar" mahnı müsabiqəsində iştirak edən gənc ifaçı dünyasını dəyişib.
 
BAKU.WS-in Hürriyet-ə istinadən məlumatına görə, Nazar Nur Kayanın vəfat etməsi barədə məlumatı həmin verilişin digər iştirakçısı Şahin Kendirci yayıb.

Verilişin münsiflər kürsüsündə əyləşən müğənni Hadisə də Nazarla bağlı təsirli paylaşım edib. O, qızın şəklini paylaşaraq Allahdan ona rəhmət diləyib.

Qeyd edək ki, Nazar Nur Kaya mədə ağrısı ilə müraciət etdiyi xəstəxanada 6 gün müalicə aldıqdan sonra dünyasını dəyişib. İlkin məlumata görə, onun ölümünə səbəb həkim səhvi olub. 

Mərhum Nazar Nur Kayanın 14 yaşı var idi.

Hüseyn Məmmədsalahov
BAKU.WS