İnsan alverində təqsirləndirərək həbs edilən tanınmış prodüser Təranə Səmədovanın bu yaxınlarda verdiyi müsahibəsi yayımlanıb.

BAKU.WS 
xəbər verir ki, Səmədova CVN TV-ə müsahibəsində qadın alverinə görə ittiham olunmasından və həbsilə bağlı xəbərlərə reaksiyasından danışıb:


"Xəbərləri göz yaşları içərisində oxuyurdum. Anam əlini çiynimə qoyub dedi ki, sən nələrin öhdəsindən gəlmisən, bu nədir ki? Həmin vaxt çox pis oldum ki, mən bu damğanın altından necə çıxacağam? Anam dedi ki, bu damğa deyil, həyatın sınağıdır".


Prodüser bu sözləri deyərkən göz yaşlarını saxlaya bilməyib.


Qeyd edək ki, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunan T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib və artıq Bakı İstintaq Təcridxanasına köçürülüb. 


BAKU.WS