SİZİN REKLAM BURADA!
055 213 76 73



“Gündəm bu qədərmi müqəddəs şeydir ki, rahat-rahat münasibətləri pozmaq, hər şeyi tapdalamaq olar. Təki, bizi göstərsinlər, bizdən danışsınlar?”.

BAKU.WS
 xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu müğənni Roza Zərgərli haqda deyib.


Meyxanaçı “ATV maqazin onlarla”ya açıqlamasında Zərgərlinin ötən həftəki iradlarına cavab verib: 


“Roza xanım da gözəl bilir ki, bunu gündəmə gəlmək üçün edib. Yəni mən şərt qoymamışam. Demişəm gəlmirəm. Səbəb soruşub. Demişəm ki, filan aparıcı bir neçə gündür meyxanaçılarla birgə verilişə çıxmağımı xahiş edib, imtina etmişəm. Sizin verilişə gəlsəm, inciyəcəklər. 


Roza bundan sonra mənə deyir ki, iki gündür səninlə danışmaq istəyirəm, danışa bilmirəm. İki gün öncə danışa bilsəydim, digərlərini yox, tək səni çağırardım. Deməli, iki gün öncə danışsaq, mən şərt qoysam ki, tək gəlirəm, razılaşacaqdı. Sizin verilişə çıxıb deyir ki, şərtlə işləmirəm.


O cümləni qura bilmərəm ki, mən gəlirəmsə, başqa meyxanaçı gəlməsin. Lap tutaq ki, şərt qoymuşam, bunu şişirtmək düz çıxmır. Münasibətə xələl gətirməyə dəyməzdi. Şişirtmək məntiqsizdir”.


Xatırladaq ki, sənətçilər arasında gərginliyin səbəbi Namiq Qaraçuxurlunun Roza Zərgərlinin mərhum meyxanaçı Nizami Rəmziyə həsr etdiyi verilişə gəlməməsi olub.


BAKU.WS