VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə keçirilən "O ses Türkiye" yarışmasında azərbaycanlı gənc iştirak edib. 


BAKU.WS-in məlumatına görə, Azər Həsənov adlı iştirakçı "Gəl ey səhər" mahnısını ifa edib. Münsiflərdən Murat Boz və Bəyazıt Öztürk Azərin səsini bəyənərək dönüb.


Daha sonra Murat Boz Azərlə duet oxuyub. Bu ifa tamaşaçıları valeh edib. 


Sonda Azər Murat Bozun komandasını seçib. Qeyd edək ki, Murad Boz 5 ildən sonra dekabrın 21-də Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcək.


BAKU.WS