VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində hipertonik kriz keçirib.

BAKU.WS publika.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı "Zaurla Günaydın" verilişinin bugünkü buraxılışında özü məlumat verib. O bildirib ki, hadisə 2 gün əvvəl "Bizimləsən"in çəkilişlərində baş verib.

"Bir saat efirə çıxa bilmədim. Çünki halım yaxşı deyildi. Verilişə çıxıb insanların üzərinə yıxılmaq istəmədim. Mən reytinqə işləmirəm, öz hayımda idim", - deyərək Z.Baxşəliyev reytinq naminə efirdə huşunu itirən həmkarlarına söz atıb.

Məlumat üçün bildirək ki, bir neçə həftə əvvəl aparıcı Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişində halı pisləşmişdi.

BAKU.WS