SİZİN REKLAM BURADA!
055 213 76 73



Fotomodel, aktrisa və vayner Səbinə Kətanova A24.Az-ın qonağı olub. Aktrisa maraqlı açıqlamalar verib. Bildirib ki, sosial şəbəkədə onu tənqid və təhqir edənlər şəhərdə görəndə görüşüb, şəkil çəkdirirlər:


“Uşaqlıqdan aktrisa olmağı arzu etmişəm. Nəhayət ki, arzuma çatmışam. Bir çox seriallarda çəkilmişəm. İndi də Hüseyn Əzizoğlu ilə birlikdə vaynlara çəkilirəm. Bəzən Hüseynə görə məni də pisləyirlər, amma mən hər zaman onun yanında olacam. Çünki onu çox istəyirəm. Məni instaqramda tənqid edənlərin çoxu qızlardır. Yazırlar, “nə gündədir bu?”. Məni Allahım yaradıb, buna görə ona şükür edirəm”.


Daha sonra Səbinə Kətanova başına gələn hadisəni danışıb.


“Bir gün 12-13 yaşlı bir uşaq mənim çəkildiyim vaynı göstərib deyir ki, siz belə bir videoya çəkilmisiz. Mən də dedim ki, sən niyə yaxşı videoları misal çəkmirsən? Elə 18+ videodan danışırsan. Demək sənin tərbiyən belədir ki, fikrin ancaq “18+” dadır”.


Aktrisa, fotomodel Hüseynlə sadəcə dost olduqlarını da vurğulayıb.


“Qurana əl basaram ki, biz Hüseynlə sadəcə dostuq”.


BAKU.WS