SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Brilliant Dadaşova Türkiyənin “Kemal Müzik Yapım & Menajerlik” şirkəti ilə işbirliyinə başlayıb.

BAKU.WS-in məlumatına görə, bu münasibətlə müğənni və sözügedən şirkətin rəhbəri Kamal Aslan mətbuat konfransı keçirib. Tədbirdə “Türkiyə və Azərbaycan mədəniyyət körpüsü” layihəsi təqdim edilib.

Şirkətin rəhbəri Kamal Aslanın sözlərinə görə, layihə çərçivəsində azərbaycanlı müğənnilərin Türkiyədə, türkiyəli müğənnilərin isə Azərbaycanda silsilə konsertlərinin keçirilməsi nəzərdə tutulur.

Xalq artisti Brilliant Dadaşova isə Türkiyədə ilk konsert verəcək müğənni olacaq. O, İstanbul şəhərində yerləşən 10 min tamaşaçı tutumuna malik "Marina Arena"da çıxış edəcək.

Qeyd edək ki, mətbuat konfransında Kamal Aslanın Azərbaycandakı nümayəndəsi Vəfa Vaqifqızı, aparıcılar Aysel Nazim, Emin Musəvi, İradə İsaq və digərləri iştirak ediblər. 

Hüseyn Məmmədsalahov

BAKU.WS
Fotolar müəllifindir