SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış repçilər Elşad Xose və "Dəyirman" qrupunun keçmiş üzvü Elmir (L'mir) duet şəklində rep oxuyublar. 
 
BAKU.WS məlumat verir ki, bir neçə müddətdir yaradıcılıqdan uzaq düşən reper Elşad Xose yeni repi ilə qayıdıb. O, "Dəyirman" qrupunun keçmiş üzvü, hazırda solo fəaliyyət göstərən L'mirlə birgə duet şəklində ifa etdiyi "Həmən oğlanam mən" repinə klip də çəkdirib. Klipi L'mir rəsmi "Youtube" hesabında paylaşıb. "Həmən oğlanam  mən" reperlərin pərəstişkarları tərəfindən bəyənilib. Onlar, hər iki reperin ünvanına xoş sözlər deyərək, birgə işlərinin davam etdirməklərini bildiriblər. 
 
BAKU.WS