VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Canım sizə desin” proqramının budəfəki qonağı müğənni Aytac Vidadiqızı olub.

Proqramın aparıcısı efirdə eksklüziv açıqlama verib.

Belə ki, əməkdar artist Mehriban Xanlarova Aytac Vidadiqızının yaxın zamanlarda ana olacağını deyib. Müğənni bunu təsdiqləyərək oğul anası olacağını bildirib:

“Oğlan olacaq. Bunu siz hardan bildiniz? Heç yerdə söyləməmişdim”.

Müğənni qeyd edib ki, atasının adını qoymaq barədə düşünməyib:

“O haqda düşünməmişəm. Həmişə evdə bu mövzuda dava gedib. Balaca qardaşım Əhməd deyib ki, oğlumun adını Vidadi qoyacam”.

BAKU.WS