VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin Bakıda konsertdən əvvəl mətbuatın qarşısına çıxmayacağı barədə məlumatlar yayılıb.


BAKU.WS-ə danışan konsert təşkilatçısı Leyla Xəlifəli yayılan məlumatların doğru olmadığını qeyd edib:

“Ümumiyyətlə, konsertdən əvvəl mətbuat konfransı gözlənilmir. Sadəcə olaraq biz mətbuata açıqlama vermişdik ki, müğənni ilə danışıqlar aparılır. Bunu da qeyd edim ki, konsert mediaya qapalı deyil. Konsertdə müəyyən bir sayda mətbuat nümayəndələri iştirak edəcək”.

Qeyd edək ki, E. Gündeş noyabrın 3-də Heydər Əliyev adına Sarayda solo konsert verəcək.

Konsertin informasiya dəstəkçisi BAKU.WS-dir.

BAKU.WS