SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparıcı, aktrisa Aytən Əlizadə yeni fotosessiya etdirib.

BAKU.WS-in məlumatına görə, cazibədar aparıcı bu dəfə idman üslubunda olan geyimdə kamera qarşına keçib.

Fotosessiyasını eksklüziv olaraq saytımıza təqdim edən A. Əlizadə bunları deyib:

"İdman üslubunu çox sevirəm. Demək olar ki, gündəlik həyatımda hər zaman idman üslubunda olan geyimlərə üstünlük verirəm. Təbii ki, çəkilişlər xaric olmaq şərti ilə. Hazırda fitneslə də məşğul oluram. Futbol və stolüstü tennisdən başqa digər oyunlarını böyük həvəslə izləyirəm".

Xatırladaq ki, Aytən Əlizadə Space TV-də yayımlanan "Qayınana", “Hava ulduzlarla”, “Hər bir havada” və s. verilişlərə aparıcılıq edib. O, həmçinin ötən mövsüm ATV-də yayımlanan "Laləli saray" serialında əsas obrazlardan birini canlandırıb.

Hüseyn Məmmədsalahov
BAKU.WS