055 213 76 73
ATV-də yayımlanan "Bizimləsən verilişində mərhum xalq artisti İlhamə Quliyevanın həyatı, övladlığa götürdüyü Orxan Nadirov müzakirə edilib.
BAKU.WS-in məlumatına görə, aparıcı İlham Mirzəyev onunla bağlı açıqlama verib. O, verilişə qonaq olan sənət adamlarını yalan danışmaqda ittiham edib:
"Açıq danışanam, özümdən tez çıxıram. İlhamə xanımın pişiyinin adı Markiz idi. İlhamə xanım Marikizə olan hörmətinin heç bir faizini Orxana qoymurdu. Açıq danışın, niyə gizlədirsiniz. İlhamə xanım mal-mülkü sevirdi, öləcəyini bilmirdi. Əli açılmırdı nəyisə xərcləsin. İlhamə xanım vəsiyyət yazıb, amma ürəyi gəlib onu rəsmiləşdirməyib".
BAKU.WS