VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

                      

Oktyabrın 12-də “CinemaPlus Gənclik Mall” kinoteatrında məşhur türk müğənnisi Halil Sezai və aktrisa Müge Boz, həmçinin filmdə rol almış azərbaycanlı müğənni və aktyorların iştirakı ilə mətbuat konfransı keçirilib.

BAKU.WS-in məlumatına görə, “Qış nağılı” filmi "Cinemazadeh" şirkətinin 2018-ci ildə ən böyük layihəsidir.

Filmin baş prodüseri, ideya müəllifi və quruluşçu-rejissoru Cəfər Axundzadə, ssenari müəllifləri Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadədir.

Film Yeni il gecəsi bir oteldə baş verən bir neçə hekayədən ibarətdir. Qəhrəmanlar da həmin hekayələr üzrə qruplaşıb.

Neçə ildir nişanlana bilməyən, nəhayət, Yeni il günü nişan etmək istəyən cütlüyün hekayəsinin qəhrəmanlarını Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Asya Abdullayeva canlandırır.

Nişanda iştirak etmək üçün otelə gələn dostlar hekayəsinin baş qəhrəmanları isə Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndiyeva, Dilarə Kazımovadır.


Ailəsinə öz hesabına böyük otel otağı kirayə götürən imkanlı şəxslə, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qəhrəmanların rolunda Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov və Şəlalə Şahvələdqızı çıxış edir.

Sevgilisinə özünü sübut etmək istəyən gəncin hekayəsində qəhrəmanları isə İslam Mehrəliyev, Kəmalə Piriyeva, Nofəl Şahmaroğlu və Ceyhun Zeynalovdur.


Yeni il şousu üçün isə otelə Türkiyədən tanınmış müğənni Halil Sezai və aktrisa Müge Boz dəvət olunub.

Otelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir canlandırır.

Filmdə həmçin İlkin Həsəni, Tural Əsədov kimi ulduzlar rol alıb.

Türkiyədə başları işlərindən açılmayan Halil Sezai və Muge Boz etiraf ediblər ki, Vətəndə görüşə bilməsələr də, sözügedən filmin çəkilişləri və mətbuat konfransı onlara bu şəraiti yaradıb.

BAKU.WS