SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyevanın anası dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, aktrisa anasının vəfatından sonra ilk dəfə "BizimləSən" verilişinə danışıb.

Telefon bağlantısı ilə canlı efirə qatılan Tünzalə Əliyeva bunları deyib:

"O qədər dedilər ki... Xoşbəxt yaşaya bilmədim. Biz güman edirik ki, xəstəliyimi bilmədi. 10 gündür yemək yemirdi. Dayımın uşaqlarına deyirdi ki, məndən nəsə gizlədirsiniz, siz məndən Tünzaləni gizlədirsiniz".

Aparıcı Zaur Baxşəliyev isə Tünzalə Əliyevaya mənəvi dəstək olub, onu möhkəm olmağa çağırıb.

BAKU.WS