SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də yayımlanan "BizimləSən" verilişində əməkdar artist Tünzalə Əliyevanın mənzil kreditinin ödənilməsi üçün keçirilən yardım kampaniyası başa çatıb. 

BAKU.WS-in məlumatına görə, bu haqda aparıcı Zaur Baxşəliyev şəxsi "Instagram" hesabında məlumat verib. 

O, Tünzalə ilə şəkil paylaşaraq, "Şükür bitdi! Hamınıza sonsuz təşəkkür edirəm, əllərinizdən öpürəm! Sağ olun hər şeyə görə! Var olun" sözlərini yazıb. 

Xatırladaq ki, yardım kampaniyası sentyabr ayının ortalarında başlamışdı. 

Hüseyn Məmmədsalahov
BAKU.WS