SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Səhər-Səhər” proqramında qonaq olan müğənni Manaf Ağayev əsəbiləşib.

BAKU.WS-in məlumatına görə, onu gənc həmkarı Elvin Abdullayev özündən çıxarıb.

Belə ki, Elvin Abdullayevin ““Səni deyirlər” adlı mahnı haqqında bir neçə nəfəri ad çəkmədən tənqid etdim. İnanın məni öldürürdülər. Mən bunları başa sala bilmədim ki, ay sizə qurban olum, əgər bu trentdirsə, əgər bu təbliğatdırsa, əgər bu dəstəkdirsə, mən azərbaycanlıyam və mən də dəstək olmaq istəyirəm. Amma mənə lazımlı bir musiqi verin. Çağırış musiqisi verin. Məsələn “Heyrat”ı... Mənə o mahnının heç tarixi lazım deyil. Üstəlik də tanıdığım, hörmət etdiyim o mahnını paylaşıb həmin mahnının sədaları altında rəqs edəndə sadəcə şok oldum” sözləri Manaf Ağayevin sərt reaksiyasına səbəb olub.  

Həmkarının bu sözlərinə biganə qalmayan müğənni Manaf Ağayev "Səhər-Səhər" proqramında Elvinə cavab verib: 

“Elvinə bir söz demək istəyirəm ki, mənim yaşım da, sənətim də, stajım da ondan böyükdür. Bir şey yaxşı olmasa mən onu heç vaxt oxumaram, dəli deyiləm ki!.. Xalq tərəfindən qəbul olunursa, hamının damarına, sümüyünə düşürsə və bunu oynayırlarsa, deməli o adam toy bazarında yoxdur”.

Qeyd edək ki, Manaf Ağayev də “Səni deyirlər” ifasını səsləndirən müğənnilərin sırasındadır.

BAKU.WS