VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Ağakərim ATV-də yayımlanan “Bizimləsən” verilişinə qatılıb. 

BAKU.WS-in məlumatına görə, meyxanaçı verilişə oğlu ilə gəlib. 

Hərəkət etməkdə və danışmaqda çətinlik çəkən Kərim 1 ildən çoxdur ki, müalicə aldığını bildirib:

“Pis yaşamıram. Allahın köməyi ilə nəfəs alıram. Şəkər və təzyiqdən insult keçirdim, 1 il 6 aydır ki, beləyəm. İlk üç ayı ağır keçirdim. Əvvələr hərəkət edə bilmirdim. İndi danışığım da düzəlib, qaydasına düşüb. Heç kəs darıxmasın, tez bir zamanda görüşəcəyik”. 

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb və uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.

BAKU.WS