VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə Cümhuriyyəti azərbaycanlı aktrisa Məlahət Abbasovaya diplomatik pasport verib.

BAKU.WS
xəbər verir ki, bu barədə aktrisa özü məlumat verib:

"Nəhayət 27 illik Avropa və Asiyanın ən böyük teatrı hesab olunan İstanbul Böyükşəhər Bələdiyyəsi şəhər teatrındakı əməyimin qarşılığı gəldi. Türkiyə və Azərbaycan dövlətinin sadiq, ləyaqətli əsgəri olaraq, bununla qürur duyuram və 2 dövlət bir millət övladı kimi Türkiyə Cümhuriyyəti tərəfindən tək azərbaycanlı sənət insanı olaraq mənə layiq görülən bu əmanəti ləyaqətlə daşıyacağam"!

Qeyd edək ki, Məlahət Abbasova 2016-cı ildən İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavinidir. 

Aktrisa 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub. Çütlüyün bu nikahdan bir qızı və bir oğlu var. 

Zülfiyyə Qurbanova
BAKU.WS