SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyaca məşhur musiqiçi Sami Yusuf Azərbaycandadır.
 
BAKU.WS 
xəbər verir ki, ilk dəfə olaraq keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalına dəvət alıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın ideya müəllifi Fondun vitse-prezidenti Leyla Əliyevadır. Möhtəşəm söz-sənət bayramı dahi sənətkarın doğulduğu Şamaxı şəhərindən start götürüb və dörd gün davam edəcək.

Sentyabrın 27-də Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyalarla tərtibatından sonra açılışı olub.

Açılış mərasimində Nəsimi - şeir, incəsənət və mədəniyyət festivalına gələn mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar da iştirak ediblər.

Zülfiyyə Qurbanova
BAKU.WS