SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Canım sizə desin” verlişinin növbəti qonağı müğənni Lətifə Soyuöz olub.


BAKU.WS-in məlumatına görə, Lətifə yaşadığı xəyanətdən və yaranan güvənsizlikdən danışıb:

“Xəyanətlə üzləşdim. Artıq 3 il yarımdır ki, baş verib. Mən belə düşünürəm ki, demək o insan mənim həyatımdakı misiyasısını bitirmişdi. Mən də müəyyən dərslərimi aldım. Mən hər zaman hamıya çox ürəyini vermə deyə məsləhət verirəm, amma özüm bildiyim kimi yaşamağa davam edirəm. Həyatına kimsə gəlmək istəyəndə başlayırsan əmmalar axtarmağa. Düşünürsən görəsən yalanı olarmı? ”.

Müğənni daha sonra şəxsi həyatındakı yenilikdən də söz açıb:

“Torbada pişik var. Amma ailə qurmaqdan qorxuram. Yenidən növbəti addım və necə olacaq bilmirəm. Tək yaşayıram. Düzdü bacım və övladım evdədir. Elə bir fobiyam yaranıb ki, görəsən kimləsə bir evdə yaşıya bilərəmmi? Çünki alışırsan səhər-səhər tək oyanmağa. Bundan sonra olarmı, olmazmı orasını bilmirəm. Düşünürəm ki, bir evdə yaşamaq da bir şey deyil”.

BAKU.WS